Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-22,
Seanews
Heyder Eliyev

Sentyabrda Azərbaycanda gündəlik neft hasilatı artıb

Azərbaycanda sentyabr ayı üzrə gündəlik neft hasilatı avqust ayı ilə müqayisədə 6 min barel artaraq 755 min barel olub.

Energetika Nazirliyindən verilən məlumata görə, bu həcmin683 min barelini xam neft, 72 min barelini kondensat təşkil edib. Gündəlik 560 min barel xam neft, 68 min barel kondensat, 6,2 min barel isə neft məhsulları ixrac edilib.

Beləliklə, gündəlik neft hasilatının 776 min barel həcmində saxlanılmasına dair razılaşma çərçivəsində Azərbaycan hasilatı sutkada 20 min barel azaltmaqla bağlı götürdüyü öhdəliyi tam yerinə yetirib.

Cari ilin yanvar - sentyabr aylarında orta gündəlik neft hasilatı 767 min barel təşkil edib.

Energetika Nazirliyi sentyabr ayında gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.

Xatırladaq ki, 2018-ci ilin dekabrın 7-də “OPEC plus” üzrə neft hasilatının gündəlik 1,2 milyon barel azaldılması ilə bağlı imzalanmış “Əməkdaşlıq Bəyannaməsi”nin müddəti bu ilin 1 iyul tarixindən 2020-ci ilin I rübünün sonunadək uzadılıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır