Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-23,
Seanews
Heyder Eliyev

Növbəti partiya Azərbaycan nefti Odessaya çatdırılıb

Belarusun Mozır Neft emalı zavodu üçün nəzərdə tutulan növbəti partiya “Azeri Light” markalı neft ötən gün axşamdan Ukraynanın Odessa limanındadır.

Bunu Belarusun “Belneftexim” konsernin mətbuat katibi Aleksandr Tişenko bildirib.

O qeyd edib ki, 85 min ton həcmindəki neftin boşaldılması davam etdirilir.

Xatırladaq ki, bu nefti SOCAR aprelin 8-də  Gürcüstanın Supsa limanından göndərib. Martda SOCAR-ın törəmə şirkəti olan “SOCAR Trading” Belarusa Mozır Neft emalı zavodu üçün Odessa limanı və “Odessa-Brodı” boru kəməri vasitəsilə ümumi həcmi 250 min ton olan 3 partiya neft tədarük edib. “Belneftexim” konserni bildirib ki, SOCAR 2020-ci ildə Belarusa 1 milyon tona qədər neft tədarük edə bilər.

Report


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır