Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-26,
Seanews
Heyder Eliyev

Təmirə getmək öhdəliyini yerinə yetirməyən gəminin Avropa limanlarına girişi qadağan edilib

Paris Memorandumu (Paris MoU) Yunanıstanın Pirey limanındakı gəmi təmiri müəssisəsinə getmək öhdəliyini yerinə yetirməyən 42 yaşlı “Lira” quru yük gəmisinin Avropa limanlarına girişini qadağan edib.

“Seanews.az” xəbər verir ki, 1985-ci ildə inşa edilmiş, Tanzaniya bayrağı altında üzən 89 metr uzunluğundakı gəmi İtaliyanın Olbiya limanında saxlanıldıqdan sonra oktyabrın 3-də limanı tərk edib. Gəminin buraxılması şərtlərindən biri onun birbaşa Pirey limanına gedərək təmir olunması idi. Lakin gəmi bu öhdəliyə əməl etməyib.

Paris Memorandumu oktyabrın 15-də gəminin Pirey limanına çatmadığı və gəlişi ilə bağlı məlumat vermədiyi barədə bildiriş aldığını açıqlayıb.

Qeyd edək ki, Paris Memorandumu Avropa və Şimali Atlantika regionunda gəmiçilik təhlükəsizliyinə nəzarət edən 28 dəniz administrasiyasını birləşdirir. Təşkilat gəmiləri texniki vəziyyəti, yaşı, bayrağı və əvvəlki yoxlamaların nəticələrinə əsasən risk qruplarına ayırır. Tanzaniya bayrağı altında üzən “Lira” yüksək riskli gəmi kimi qiymətləndirilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır