Gəmi-bərələrlə avtotexnika daşımalarının həcmində artım qeydə alınıb
AZCON Holding şirkətlərindən olan "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) gəmi-bərələri ilə avtotexnika daşımalarının həcmi cari ilin yanvar-sentyabr aylarında ötən ilin eyni dövrü ilə müqayisədə artıb.
Belə ki, 2026-cı ilin yanvar-sentyabrında bərə-gəmiləri ilə 32 380 ədəd avtotexnika daşınıb. Ötən ilin doqquz ayında isə bu göstərici 28 847 ədəd olub. Nəticədə daşımaların həcmində 12% artım qeydə alınıb.
Avtotexnika daşımaları tonla ifadədə daha çox artım göstərib. Cari ilin yanvar-sentyabrında bərə-gəmilərlə 837 557 ton avtotexnika daşınıb. 2025-ci ilin eyni dövründə isə bu rəqəm 725 966 ton təşkil edib. Bu da 15 faiz artım deməkdir.
Cari ilin hesabat dövründə bərə-gəmiləri ilə tranzit avtotexnika daşımaları isə 776 744 tona çataraq keçən ilin göstəricisini 11% üstələyib.


