Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-26,
Seanews
Heyder Eliyev

Hindistan Dənizçilər İttifaqı saxta gəmi qeydiyyatına qarşı IMO-nu tədbir görməyə çağırıb

Hindistan Dənizçilər İttifaqı (FSUI) saxta gəmi qeydiyyatı və sığorta sənədlərinin dənizçilərin həyatını təhlükəyə atması ilə bağlı Beynəlxalq Dəniz Təşkilatına (IMO) müraciət edib.

“Seanews.az” xəbər verir ki, ittifaq oktyabrın 16-da və 21-də göndərdiyi məktublarda saxta qeydiyyat sənədləri, dənizçilərin həlak olması və yaralanması halları, eləcə də ölən dənizçilərin ailələrinin kompensasiya ala bilməməsi ilə bağlı narahatlığını bildirib.

FSUI beş gəmi ilə bağlı halları diqqətə çatdırıb. Onların arasında İran nefti daşıdığı bildirilən və iyunun 9-da Hörmüz boğazında ABŞ təyyarəsinin raket zərbəsinə məruz qaldığı iddia edilən “Settebello” tankeri də var. İttifaqın məlumatına görə, hadisə nəticəsində üç Hindistan dənizçisi həlak olub. Təşkilat tankerin Palau bayrağı altında qeydiyyatı üçün istifadə edilən sığorta sənədinin saxta olduğunu da iddia edib.

İttifaq həmçinin “Al Jafzia”, “Asphalt Star” və “Stellar Ruby” tankerləri ilə bağlı sənəd saxtakarlığı iddialarını, eləcə də “Celestial Sea” tankerində bir Hindistan dənizçisinin tibbi yardım göstərilməməsi səbəbindən öldüyü barədə məlumatı gündəmə gətirib.

IMO oktyabrın 23-də cavabında dənizçilərin təhlükəsizliyinə və rifahına sadiqliyini təsdiqləyib, saxtakarlıqların qarşısını almaq məqsədilə gəmi qeydiyyatı qaydalarının təkmilləşdirilməsi istiqamətində görülən işlərə diqqət çəkib. Bununla belə, təşkilat məktublarda adı çəkilən gəmilərlə bağlı konkret tədbir görüləcəyini açıqlamayıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır