

Türkiyə Qara dənizdə qazma işlərinə başlayır
Türkiyənin “Fatih” adlı qazma gəmisi iyuldan Qara dənizdə neft quyusunun qazıntısına başlayacaq.
"Seanews.az" xəbər verir ki, bu barədə Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Fatih Dönməz bildirib
O deyib ki, “Fatih” gəmisinin Aralıq dənizindəki fəaliyyəti bitib və hazırda Mərmərə dənizinin İstanbul sahilində gözlədilir. İyulda isə Qara dənizə doğru yola düşəcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır