Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-23,
Seanews
Heyder Eliyev

ilə Türkiyədən 21,3 milyon barrel xam neft göndər

Bu ilin yanvar ayında Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə Türkiyə üzərindən 21 milyon 298 min barrel xam neft dünya bazarına göndərilib. Bu barədə Türkiyənin “Botaş” şirkətinin məlumatında deyilir. Yanvarda Türkiyədən keçən dörd fərqli boru kəməri ilə neft nəqli 2016-cı ilin müvafiq ayına nisbətdə 4,42 faiz artaraq ümumilikdə 46 milyon 873 min barrel xam neft dünya bazarına göndərilib. Bu həcmin 50 faizədək hissəsi Bakı-Tbilisi-Ceyhan kəməri ilə daşınıb. Qeyd edək ki, BTC-nin illik xam neft daşıma gücü 366,5 milyon barrel (50 milyon ton) səviyyəsindədir. 1768 kilometr uzunluğa malik BTC boru kəməri 2006-cı ilin iyunundan istismardadır. “BTC Ko.”nun səhmdarları belədir: BP (30,10 faiz), “AzBTC” (25,00 faiz), “Chevron” (8,90 faiz), “Statoil” (8,71 faiz), TPAO (6,53 faiz), “ENI” (5,00 faiz), “Total” (5,00 faiz), “Itochu” (3,40 faiz), “Inpex” (2,50 faiz), “CIECO” (2,50 faiz) və “ONGC (BTC) Limited” (2,36 faiz) şirkətləridir.  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır