Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-23,
Seanews
Heyder Eliyev

dər Əliyev adına NEZ yenidən qur

Heydər Əliyev adına neft emalı zavodunun (NEZ) yenidən qurulması üzrə ilkin detallı layihələndirmə işləri yekunlaşmaq üzrədir. SOCAR-ın mətbuat xidmətindən  bildirilib ki, Heydər Əliyev adına Neft Emalı Zavodunun yenidən qurulması layihəsi çərçivəsində “sıfır zərər” (Zero Harm) günü qeyd olunub. Layihənin idarə edilməsi üzrə podratçı şirkəti “SOCAR-KBR”in təşkilatçılığı ilə keçirilmiş tədbirdə SOCAR-ın vitse-prezidentləri, zavod rəhbərliyi və yenidənqurma layihəsinə cəlb edilmiş mütəxəssislər iştirak ediblər. Bildirilib ki, zavodun yenidən qurulması işlərini vahid mərkəzdən idarə etmək üçün SOCAR, Heydər Əliyev adına NEZ, SOCAR-KBR və KBR mütəxəssislərindən ibarət yaradılmış İnteqrasiya olunmuş İdarəetmə Komandası (Birgə Layihə Qrupu) tərəfindən sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit məsələlərinə xüsusi önəm verilir. Tətbiq edilən “sıfır zərər” fəlsəfəsinin əsas məqsədi məhz təhlükəsiz və sağlam əmək şəraitinin yaradılmasıdır. Birgə Layihə Qrupunun fəaliyyətə başladığı gündən indiyədək ümumilikdə 450 min adam/saat sərf edilib, bu müddət ərzində istehsalatın təhlükəsizliyi şəraitinə tam əməl olunub. SOCAR-ın vitse-prezidenti Tofiq Qəhrəmanov “sıfır zərər” fəlsəfəsinin ilk gündən dəstəkləndiyini vurğulayıb, kollektivə uğurlar arzulayıb. Qeyd olunub ki, yenidənqurma layihəsi çərçivəsində Prezident İlham Əliyevin iştirakı ilə NEZ-də Yeni Bitum Qurğusunun təməli atılıb, Bitum qurğusu üzrə detallı layihələndirmə, Satınalma və Tikintiyə Nəzarət müqaviləsi imzalanıb və işlərə start verilib. “Amec-Foster Viler”/”SOCAR-Foster Viler” (AFV/SFV) şirkətləri ilə NEZ-in yenidən qurulması üzrə ilkin detallı layihələndirmə (FEED) işləri yekunlaşmaq üzrədir. “UOP”, “Axens”, “Poerner”, “Air Liquide”, “KT-Kinetics Technology” şirkətləri ilə Layihələndirmə, Lisenziya və Zəmanət müqavilələri imzalanıb və müvafiq layihələndirmə işləri yekunlaşıb. Zavodun yeni baş planı hazırlanaraq razılaşdırılıb. Eyni zamanda, 2016-cı ilin avqust ayında zavodda mühüm təftiş, təmir və digər hazırlıq işləri həyata keçirilib. Tədbirin sonunda “sıfır zərər” fəlsəfəsinin tətbiqində fəallıq göstərmiş mütəxəssislər mükafatlandırılıblar.  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır