Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

t hasilatının azaldılmasına dair sazişin müddəti uzadı

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələr və müttəfiqləri neft hasilatının azaldılmasına dair sazişin müddətini daha doqquz ay, yəni 2018-ci ilin birinci rübünədək uzadılmasına qərar veriblər. AZƏRTAC “reuters.com”a istinadla xəbər verir ki, bunu Vyanada keçirilən OPEC Nazirlər Şurasının 172-ci iclasında iştirak edən və adının açıqlanmasını istəməyən bir nümayəndə deyib. O bildirib ki, iclasda iştirak edən OPEC-ə üzv 13 ölkənin və 11 qeyri-OPEC ölkəsinin nümayəndələri neft hasilatının azaldılması üzrə Vyana sazişinin müddətinin daha 9 ay uzadılması barədə razılığa gəliblər. Qeyd edək ki, iclas hələ də davam edir. Azərbaycanın energetika naziri Natiq Əliyev də həmin iclasda iştirak edir. Rəsmi açıqlamanın isə iclasdan sonra verilməsi gözlənilir. Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıblar. Saziş bu ilin birinci yarısınadək olan müddəti əhatə edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır