Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

AR və “Bulgartransgaz” arasında anlaşma memorandumu imzala

Bolqarıstanın paytaxtı Sofiyada SOCAR və “Bulgartransgaz” şirkətləri arasında Anlaşma memorandumu imzalanıb. “Report”un Şərqi Avropa bürosunun məlumatına görə, imzalanan sənədin əsas məqsədi Bolqarıstana və bu dövlət üzərindən digər Cənub-Şərqi Avropa ölkələrinə əlavə qaz tədarükü yolları üçün imkanların araşdırılmasıdır. İmzalanma mərasimində Bolqarıstanın energetika naziri Temenujka Petkova, Azərbaycanın bu ölkədəki səfiri Nərgiz Qurbanova və SOCAR-ın “SOCAR Balkan” törəmə şirkətinin icraçı direktoru Murad Heydərov iştirak ediblər. “Hazırkı Bolqarıstan hökuməti üçün energetika sektorunda əsas prioritet enerji təhlükəsizliyinin təmin edilməsi, həmçinin təbii qaz tədarükü mənbələri və marşrutlarının şaxələndirilməsidir”, – deyə nazir T.Petkova vurğulayıb və bildirib ki, ölkəsi bunun həyata keçirilməsində Azərbaycanla əməkdaşlığa güvənir. Xanım nazir onu da əlavə edib ki, hazırda Bolqarıstanda qaz infrastrukturu yüksək səviyyədə inkişaf edir və bu potensial Azərbaycanın mavi yanacağının üçüncü ölkəyə çıxışını təmin edə bilər. “SOCAR Balkan”nın icraçı direktoru Murad Heydərov isə iki ölkə arasında energetika sahəsindəki strateji xarakter alan əməkdaşlığın əhəmiyyətini vurğulayaraq bildirib ki, rəsmi Sofiya “Cənub Qaz Dəhlizi”ndə əsas iştirakçılardan biridir: “Bolqarıstan “Şahdəniz” və digər yataqlardan Avropaya alternativ qaz tədarükünün həyata keçirilməsində Azərbaycanın etibarlı tərəfdaşıdır”. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır