Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

C+ ölkələrinin monitorinq iclası keçirilə

Bu gün OPEC və kartelə üzv olmayan ölkələrin monitorinq üzrə texniki komitəsinin Abu-Dabidə (BƏƏ)  toplantıcı öz işinə başlayacaq. İkigünlük toplantıda neft hasilatının azaldılması ilə bağlı anlaşmaya nə dərəcədə əməl edildiyi ilə bağlı müzakirələr aparılacaq. İclasda öhdəliklərinə tam əməl etməyən bir neçə ölkə iştirak edəcəyini təsdiqləyib. Görüşün Küveyt və Rusiyanın sədrliyi ilə keçiriləcəyi bildirilir. Qeyd edək ki, neft hasilatının azaldılması ilə bağlı 30 noyabr 2016-cı il Vyana anlaşmasında 24 ölkə iştirak edir. Bu il yanvarın 1-dən qüvvədə olan anlaşmaya ilk yarımildə 98% əməl olunub. Lakin iştirakçı ölkələrdən bəzilərinin öhdəliyinə artıqlaması ilə, bəzilərinin isə natamam əməl etdiyi bildirilir.  Xatırladaq ki, iyulun 24-də Sankt-Peterburqda keçirilən Monitorinq üzrə Nazirlər Komitəsinin iclasında çıxış edən Rusiyanın energetika naziri Aleksandr Novak anlaşmaya tam əməl edilməsi durumunda neft bazarından əlavə gündəlik daha 200 min barel çıxarılacağını bildirib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır