ulda Ceyhandan 2,4 milyon tondan çox Azərbaycan nefti dünya bazarına çıxarı
Bu ilin iyul ayı ərzində 2 milyon 416 min 951 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. SOCAR-ın mətbuat xidmətindən bildirilib ki, bu həcmin 1 milyon 678 min 704 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib. Cari ilin yanvar-iyul aylarında Ceyhan limanından ixrac olunan neftin həcmi 14 milyon 707 min 802 ton olub. Ümumiyyətlə, Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) istismara verilən gündən bu il avqust ayının 1-dək Ceyhan limanından 334 milyon 542 min 401 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır