�-ın neft ehtiyatları 1% ar
ABŞ-ın neft ehtiyatları avqustun 26-dan sentyabrın 1-nə qədər davam edən həftə ərzində 4,58 mln. barel və yaxud 1% artaraq 462,4 mln. barelə çatıb. Seanews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Energetika Nazirliyinin Energetika İnformasiyaları İdarəsi məlumat yayıb. Xatırladaq ki, “Reuters” agentliyinin keçirdiyi sorğuda iştirak etmiş analitiklər artımın 4,022 mln. barel və yaxud 0,88% olacağını ehtimal edirdilər. Hesanat dövründə ölkənin benzin ehtiyatları isə 5,438 mln. barellik azalma gözləntisinə baxmayaraq 3,2 mln. barel və yaxud 1,4% azalaraq 226,7 mln. barelə düşüb. ABŞ-da neft ehtiyatlarının artması dünya bazarından neftin ucuzlaşmasına səbəb olmayıb. “Brent” markalı neftin 1 barelinin qiyməti 1%-ə yaxın artaraq 54,7 dollar/barelə yüksəlib.