Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

dər Əliyev adına Neft Emalı Zavodunda yeni layihə reallaşdırı

Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) yeni layihə həyata keçirilir. SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, zavodda inşa olunan yeni Susoyutma qurğusunun istismara verilməsindən sonra buradan “Ekol” Mühəndislik Xidmətləri QSC-nin mexaniki təmizləmə sahəsinə daxil olan çirkab sənaye sularının miqdarı kəskin azalıb. Sənaye sularında olan neft məhsullarının ayrılma prosesini daha da təkmilləşdirmək məqsədilə Zavod tərəfindən təklif edilmiş yeni layihə üzrə tikinti-quraşdırma işlərinə başlanılıb. Layihənin əsas məqsədi mexaniki təmizləmə sahəsinə müxtəlif istiqamətlərdən daxil olan bütün suları bir yerə yönləndirmək və kimyəvi reagentlər vasitəsilə sənaye sularını neft məhsullarından 3 mərhələdə təmizləməkdir. Bunun üçün istismarda olan mexaniki təmizləmə sahəsinin tutum və avadanlıqlarından istifadə etməklə yanaşı, reagentlərin saxlanılması və verilməsi üçün 3 ədəd çən, bir ədəd qarışdırıcı, 2 ədəd su nasosu, hər bir reagentin verilməsi üçün dozalaşdırıcı nasoslar quraşdırılacaq. Quraşdırma işləri “Neftqaztikinti” tresti tərəfindən həyata keçirilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır