Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-29,
Seanews
Heyder Eliyev

"Bulla-dəniz" yatağında yüksək debitli quyu istismara qəbul edilib

Azərbaycanın qaz təchizatında önəmli rola malik olan "Bulla-dəniz" yatağında geoloji tədbir uğurla həyata keçirilib, yataqdakı 123 saylı quyunun 5 878-5 865 metr intervalında süzgəc açılıb.

SOCAR-dan verilən məlumata görə, 123 saylı quyu "Bulla-dəniz" yatağında 2017-ci ildə 6 132 metr dərinliyə qazılmış, indiyə qədər quyudan 104 min ton kondensat və 472 mln. kubmetr qaz hasil edilib. Son dövrdə quyuda istismar olunmuş lay üzrə hasilatın gündəlik 150 min kubmetrə qədər təbii azalması müşahidə olunmuş və əlavə tədbir görülməsinə ehtiyac yaranıb.

Aparılmış uğurlu tədbir seçimi nəticəsində quyu gündəlik 120 ton kondensat və 500 min kubmetr təbii qaz hasilatı ilə istismara verilib.

Quyunun 2041-ci ilə qədər istismar olunması nəzərdə tutulur. Ümumilikdə 123 saylı quyudan 700 min tondan çox kondensat və 3 mlrd. kubmetrdən çox qazın hasil edilməsi proqnozlaşdırılır. Quyunun yüksək potensialını nəzərə alaraq, hasilatın artırılması istiqamətində işlər davam etdirilir.

"Bulla-dəniz" yatağı 1975-ci ildə açılıb. Yataqda 13 quyu işləyir, gündəlik 700 tona yaxın neft-kondensat və 3 milyon kubmetr qaz hasil edilir. Yatağın tam miqyaslı işlənmə planı çərçivəsində əlavə 17 quyunun qazılması planlaşdırılır. Bu quyuların hər birindən gündəlik 100 ton kondensat və 500 min kubmetr qaz hasilatı gözlənilir. Cari dövrdə yataqda 6 saylı özüldən 117 saylı quyunun qazılması davam etdirilir. 2022-ci ildə yataqda daha bir lay dəstəsinin neft-qaz potensialını dəqiqləşdirmək üçün axtarış quyusunun qazılması planlaşdırılır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır