Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

LNG tankerlərinə tələbat artır

Dünyadakı ümumi tanker sifariş qovluğunun demək olar ki, dörddə biri mayeləşdirilmiş təbii qaz mühərrikləri ilə işləyən gəmilərdən ibarətdir.

“Seanews.az” xəbər verir ki, Böyük Britaniyada yerləşən “Gibson” broker şirkətinin hesablamalarına görə, yeni tikinti sifarişlərində LNG ilə işləyən tankerlərin nisbəti 23%-ə çatır. Onların arasında 20 “VLCC” supertankeri, 41 “Aframax” və “LR2” tipli tanker, həmçinin iki “Suezmax” tipli gəmi var.

Bununla yanaşı, həm adi yanacaq, həm də mayeləşdirilmiş təbii qazdan istifadə edə biləcək onlarla yeni tanker sifariş edilib. Bu LNC ilə işləməyə hazır gəmilər ənənəvi gəmilərdən daha təmiz və qənaətcil tanker donanmasına keçid halqası kimi görünə bilər.

LNG mühərrikləri ilə təchiz edilmiş gəmilər dizel yanacağı ilə işləyən gəmilərə nisbətən atmosferə 20-25% az karbon qazı buraxır. Eyni zamanda, azot oksidlərinin emissiyası 92%, kükürd birləşmələri və hissəciklərin emissiyası isə demək olar ki, sıfıra endirilir. Bu gün bazar Beynəlxalq Dəniz Təşkilatının (IMO) və təsnifat cəmiyyətlərinin ən ciddi tələblərinə cavab verən yeni nəsil dəniz LNG mühərriklərini təklif edir.

Yeri gəlmişkən, Çin gəmiçilik şirkəti “Cosco Shipping” üçün Dalyandakı gəmiqayırma zavodunda tikilmiş mayeləşdirilmiş təbii qazla yüklənmiş dünyada ilk “VLCC” tankeri bu yaxınlarda dəniz sınaqlarını uğurla başa vurub. Dedveyti 319 min ton olan gəmi “Yuan Rui Yang” adlandırılıb və bu ilin sonuna kimi müştəriyə təhvil veriləcək.

LNG tankerlərinə marağın artması ilə yanaşı, sənaye mütəxəssisləri hidrogen kimi 100% ekoloji cəhətdən təmiz olan yanacaq növləri də daxil olmaqla, müxtəlif yanacaqlarda işləməyə qadir olan “çox yanacaqlı gəmilər” adlanan sifarişlərdə davamlı artım tendensiyasını qeyd edirlər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır