Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

Paldiski limanında LNG terminalı inşa edilir

Estoniyanın Paldiski limanında mayeləşdirilmiş təbii qaz (LNG) terminalı layihəsi üçün infrastruktur tikintisi planlaşdırıldığı kimi oktyabrın sonunadək başa çatdırılacaq.

“Əsas işin son mərhələsi qalır - yanalma dayaqlarının tikintisi. Yanalma platformasının və dayaqların tikintisi üçün tələb olunan 133 dirəyin hamısı yerə vurulub”, - deyə “Alexela” şirkətinin İdarə Heyətinin sədri Marti Hyael bildirib.

Layihə çərçivəsində quruda infrastrukturun tikintisinə cavabdeh olan “Aleksela” və “İnfortar” şirkətləri vaxtından əvvəl, avqustun sonunda yanalma platformasının əsas hissəsini qaz işləri üçün “Elinq”ə təhvil veribər.

Paldiskidəki LNG terminalı üç elementdən ibarət olacaq: liman infrastrukturu, “Elinq” qaz kəmərinin “Balticconnector”-a birləşdirilməsi (Estoniya və Finlandiya qaz ötürücü sistemlərini birləşdirən boru kəməri) və gəmi.

Eyni infrastruktur dekabr ayına kimi Finlandiyanın Inkoo şəhərində də tikiləcək. Hər iki terminal vahid sistemə daxil ediləcək. Eyni zamanda, Paldiskidəki terminal yalnız ehtiyat ola bilər, çünki qaz istehlaklı Finlandiyada daha yüksək olduğu üçün LNG gəmisi çox vaxt Finlandiyada olacaq.

Estoniya və Finlandiya “Gasgrid” şirkəti tərəfindən icarəyə götürülmüş gəminin - üzən qazlaşdırma qurğusunun ilk olaraq hazır olan terminala yanaşması barədə razılığa gəliblər. LNG gəmisinə finlər xidmət göstərəcək.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır