Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

ASCO – Asiya və Avropa arasında ən qısa körpünüzdür - VİDEO

Odlar yurdu Azərbaycan – qədim tarixə və nadir mədəni irsə malikdir. Avrasiyada, Şərqi Avropa ilə Qərbi Asiyanın arasında yerləşən Azərbaycan həm də Asiya ilə Avropa arasında ən cəlbedici nəqliyyat dəhlizlərindən sayılan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun əsas və mühüm iştirakçılarından biridir. Bu marşrutun digər iştirakçıları Qazaxıstan, Gürcüstan, Rumıniya, Polşa və Türkiyədir.

Bu marşrut qısa və sürətlidir, siyasi baxımdan sabit ölkələrdən keçir. Bu da yüklərin nəql edilməsinin təhlükəsizliyi və proqnozlaşdırılması üçün çox mühümdür. ASCO bu marşrutun ən mühüm hissələrindən biridir.

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin əsası 1858-ci ildə qoyulub. 2018-ci ildə şirkət özünün 160 illiyini qeyd edib. Burada 9000-dən artıq insan işləyir. Donanmasında olan gəmilərin müxtəlifliyinə görə ASCO dünyada unikal gəmiçilik şirkətlərindən biri hesab edilir. Şirkətin 15-dən artıq növdə 264 gəmisi var.

Ticarət donanmasının tərkibində 52 gəmi var, onlar daşıma xidmətləri göstərirlər. Bu donanmaya tankerlər, gəmi-bərələr, universal quru yük gəmiləri, Ro-Ro tipli gəmilər daxildir.

İxtisaslaşdırılmış donanma – Xəzər dənizində neft-qaz sahəsində xidmət göstərən 212 gəmidən ibarətdir. Bu donanmaya kran, təchizat-yedək, dibdərinləşdirmə, yanğınsöndürən, borudüzən, geoloji-kəşfiyyat, dalğıc gəmiləri, barjlar və digər gəmi növləri daxildir.
Şirkətin tərkibində gəmilərin təmiri və tikintisi üçün 2 zavod mövcuddur. Burada gəmilərə bütün növ təmir və texniki xidmət göstərilir.

Azərbaycan Dövlət Dəniz Akademiyası ixtisaslı dənizçilər hazırlayır. Akademiyanın nəzdində fəaliyyət göstərən Təlim Tədris Mərkəzi isə dənizçilərin təlimləndirilməsi işini yerinə yetirir.

2014-cü ildən ASCO Xəzər dənizinin hüdudlarından kənarda da fəaliyyətini bərpa edib. Hazırda şirkətin gəmiləri Qara dəniz və Aralıq dənizi regionlarında fəaliyyət göstərirlər.

ASCO – Asiya və Avropa arasında ən qısa körpünüzdür.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır