Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-09-05,
Seanews
Heyder Eliyev

Şəhid və qazi övladları üçün “Suraxanı” gəmi-muzeyinə ekskursiya təşkil olunub - VİDEO+FOTOLAR

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhid və qazi övladları üçün ASCO-nun “Suraxanı” gəmi-muzeyinə ekskursiya təşkil edilib.

“Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin təşəbbüsü və ASCO-nun dəstəyi ilə keçirilən tədbirin məqsədi uşaqlara yaddaqalan gün yaşatmaq, onları Azərbaycanın dənizçilik tarixi ilə yaxından tanış etmək olub.

Ekskursiya zamanı iştirakçılar dünyanın ilk tanker-muzeyinin ekspozisiya zalları, müasir multimedia həlləri və Azərbaycan gəmiçiliyinin keçmişini əks etdirən eksponatlarla tanış olublar. Uşaqlara ölkəmizin zəngin dənizçilik ənənələri, Xəzər dənizinin tariximizdəki rolu və Azərbaycan dənizçilərinin fəaliyyəti barədə ətraflı məlumat verilib.

Ekskursiyadan sonra gəmi-muzeyin restoranında uşaqlar üçün çay süfrəsi təşkil olunub. Tədbirdə iştirak edən Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynov şəhid və qazi övladları ilə səmimi söhbət edib. O, Vətən müharibəsində Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı qələbədən, torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman şəhidlərimizdən danışıb.

Görüşün sonunda uşaqlara dənizçilər adından xüsusi xatirə hədiyyələri təqdim olunub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır