Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

Bu gün ömrünün 64 ilini dənizçiliyə həsr etmiş Gennadi Kozlovun 90 illik yubileyidir - VİDEO

Bu gün ömrünün 64 ilini dənizçiliyə həsr etmiş və həmin müddətin 46 ilini uzaq səfərlər kapitanı kimi fəaliyyət göstərmiş Gennadi Kozlovun 90 illik yubileyidir.

Gennadi Kozlov Moskvada anadan olub.  1949-cu ildə qardaşı ilə birlikdə Bakıya dənizçilik üzrə təhsil almağa gəlib. Həmin ildə inşasına start verilən Neft Daşlarının tikilməsində Gennadi Kozlov yaxından iştirak edib. Bu tarixi hadisə ilə fəaliyyətinə başlayan veteran dənizçi ayrı-ayrı gəmilərdə müxtəlif vəzifələrdə çalışaraq pillə-pillə uzaq səfərlər kapitanı zirvəsinə yüksəlib.

Demək olar ki, dünyanın bütün ölkələrində olmuş Gennadi Kozlov həyat və fəaliyyət dövründən qürur hissilə danışır. O, ömrünü həsr etdiyi dənizçilik peşəsini “əsl kişi peşəsi” adlandırır. Bu peşəyə üz tutmuş bütün gənclərə isə diqqətli olmağı və yaxşı təhsil almağı tövsiyə edir.

2013-cü ildən təqaüdə çıxmasına baxmayaraq, mavi sular üçün indi də darıxır və keçirdiyi hissləri təqdim etdiyimiz videoda bizimlə paylaşır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır