Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-02-09,
Seanews
Heyder Eliyev

ABŞ-da konteynerdə 8 gün qalan it xilas edilib

ABŞ-ın Hyuston limanının Sahil Mühafizəsi Hyuston limanında bağlı dəniz konteynerində qalan iti xilas edib.

Bu barədə “Maritime Executive” xəbər verir.

Müfəttişlər terminalda konteynerləri yoxlayarkən yuxarı mərtəbədəki konteynerlərdən birindən itin hürməsinə və cırmaqlamasına oxşar səs eşidiblər.

“Konteyneri açan kimi içindən itin başı çıxdı. O, xilas olunduğuna görə xoşbəxt idi”, -  deyə Sahil Mühafizəsinin əməkdaşlarından biri bildirib.

Konteynerin özündə qəzalı avtomobillər olub və ehtimal ki, Konni adlandırılan it əvvəlcə maşınlardan birində olub.

Ümumilikdə it konteynerdə səkkiz gün yeməksiz və susuz qalıb. Artıq baytarlıq müayinəsindən keçən Konnini heyvan sığınacağına, sonra isə etibarlı əllərə verməyi planlaşdırırlar.

“Hekayə Konni üçün faciəvi bitə bilərdi. Konteynerlər Qərbi Afrikaya göndərilməli idi və itin bu səfərdən sağ çıxması ehtimalı çox az olardı”, - deyə sahil mühafizəçisi qeyd edib.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır