“CMA CGM” gəmilərinin marşrutunu qeyri-müəyyən müddətə dəyişib
Ən böyük beynəlxalq gəmiçilik xətlərindən biri olan “CMA CGM” 2024-cü il fevralın 1-dən etibarən öz gəmilərinin Süveyş kanalı və Qırmızı dəniz vasitəsilə Avropa-Asiya xidmətləri üzrə ənənəvi marşrutunu qeyri-müəyyən müddətə dəyişib. İndi onun gəmiləri Ümid burnu vasitəsilə Afrika ətrafında dövrə vuracaq.
“CMA CGM”-nin yaydığı məlumatda belə deyilir.
Bu, keçən həftənin sonunda ortaya çıxan “CMA CGM-nin planlaşdırılan qərarı ilə bağlı bəzi media xəbərlərini təsdiqləyib.
Belə qərar bəzi ticarət gəmilərinə hücumlar və bölgədə vəziyyətin pisləşməsi ilə bağlı son xəbərlərdən sonra qəbul edilib. Ötən həftə “CMA CGM” konteyner gəmilərinin karvanına hücum olub.
“Seanews.az”
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


