Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-02-23,
Seanews
Heyder Eliyev

2023-cü ildə dünyada 173,8 milyon TEU konteyner daşınıb

2023-cü ildə dünyada 173,8 milyon TEU konteyner daşınıb. Dəniz konteyner daşınmasına tələbat 2022-ci ildəki 4%-dən çox azalma ilə müqayisədə 0,3% artım göstərib.

2023-cü ilin birinci yarısındakı artımdan sonra konteyner daşımalarına tələb yayın ortalarından etibarən azalmağa başladı, lakin dekabr ayında Asiya idxalı istisna olmaqla, bütün coğrafi seqmentlərdəki həcmlərdə nəzərəçarpacaq artım baş verdi.

“InfraNews” “CTS”-in məlumatlarına istinadən xəbər verir ki, hətta Avropa ixracında 2023-cü ilin son rübündə canlanma qaeydə alındı.

Şanxay limanının yanvar ayında konteyner dövriyyəsi dekabrda başlayan bazar artımının davam etdiyini təsdiqləyir. 2024-cü ilin ilk ayında dünyanın ən böyük konteyner limanı 4,5 milyon TEU-dan çox yük aşırıb ki, bu da 2023-cü ilin yanvar ayı ilə müqayisədə 18% və əvvəlki beş illik orta göstəricidən 15% çoxdur.

Seanews.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır