Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-29,
Seanews
Heyder Eliyev

Xəzər dənizinin Azərbaycan sektorunda D230 perspektiv kəşfiyyat blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Saziş müzakirə ol

“Xəzər dənizinin Azərbaycan sektorunda D230 perspektiv kəşfiyyat blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Saziş təsdiqlənməsi üçün Milli Məclisə təqdim olunub. Sazişin qəbul və təsdiqi, həyata keçirilməsinə icazə verilməsi barədə qanun layihəsi Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında digər komitə üzvlərinin iştirakı ilə müzakirə edilib. Qanun layihəsi barədə məlumat verən Milli Məclisin vitse-spikeri, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov bildirib ki, Saziş Azərbaycan Dövlət Neft Şirkəti ilə BP Eksploreyşn (Azərbaycan) Limited şirkəti arasında bu il aprelin 26-da imzalanıb. Diqqətə çatdırılıb ki, kontrakt sahəsi Xəzər dənizində kəşf edilməmiş və çox riskli bir ərazidir. Həmin ərazidə heç bir vəsait xərcləmədən neft-qaz ehtiyatlarının aşkarlanması Azərbaycan dövləti və iqtisadiyyatı üçün faydalı olacaq. Sevindirici haldır ki, nəhayət bu ərazidə kəşfiyyat işlərinə başlanılacaq və gələcəkdə həmin bölgədə işləri planlaşdırmaq üçün daha dolğun məlumat əldə edə biləcəyik. Komitə sədri qeyd edib ki, kontrakt sahəsi 3 min 197 kvadratkilometr ərazini əhatə edir. Həmin ərazidə neft və qazın kəşf edilməsi həm bizim, həm də bu layihədə iştirak edən tərəflər üçün faydalı olacaq. Kontrakt sahəsi yerləşən ərazidə dənizin dərinliyi 110 metrdən 750 metrə qədərdir. Sahildə yerləşən ən yaxın yaşayış sahəsinə 65 kilometr məsafə var. Bu sahədə kommersiya dəyəri olan neft və qaz aşkar edilib. Hasilat başlanana qədərki riskli dövrdə bütün maliyyə işlərini BP şirkəti həyata keçirəcək. Valeh Ələsgərov söyləyib ki, Saziş ilkin kəşfiyyat, əsas kəşfiyyat və işləmə, hasilat dövrlərinə bölünüb. Layihənin işləmə, hasilat dövrü 25 il müddətində davam edəcək. Toplam hasilat 5 milyon tona çatana qədər mənfəətli neftin 70 faizi podratçı tərəflərə ödənilir. Toplam hasilat 10 milyon tondan çox olduqda mənfəətli karbohidrogenlər tərəflər arasında yarıbayarı bölünəcək. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə çıxış edərək layihəni Azərbaycan dövlət neft strategiyasında yeni istiqamət kimi qiymətləndirib. Əlavə edib ki, sazişə əsasən 25 il müddətindəki fəaliyyət dövlətin iqtisadi gücünün artmasına xidmət edəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır