Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-29,
Seanews
Heyder Eliyev

rbaycanda sentyabr üzrə neft hasilatı ilə bağlı məlumatlar OPEC-ə təqdim ol

Azərbaycanda sentyabr ayı üzrə sutkalıq neft istehsalı 796 min barrel olub. Energetika Nazirliyindən  bildirilib ki, sentyabr ayı üzrə gündəlik neft hasilatı ilə bağlı məlumatlar Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) təqdim edilib. Azərbaycanda sentyabr ayı üzrə gündəlik neft hasilatı 796 min barrel olub. Bunun 725 min barrelini xam neft, 71 min barrelini kondensat təşkil edib. Gündəlik 599 min barrel xam neft, 71 min barrel kondensat, 7 min barrel isə neft məhsulları ixrac olunub. Energetika Nazirliyi sentyabr ayı ərzində gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib. Qeyd edək ki, gündəlik neft hasilatı cari ilin yanvar ayında 814,6 min barrel, fevral ayında 806 min barrel, mart ayında 794 min barrel, aprel ayında 785,7 min barrel, may ayında 801 min barrel, iyun ayında 792 min barrel, iyul ayında 773 min barrel, avqust ayında isə 774 min barrel olub. Xatırladaq ki, 2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Həmin il dekabrın 10-da Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Ötən il noyabrın 30-da OPEC Nazirlər Şurasının 173-cü iclası çərçivəsində OPEC-ə üzv və kartelə daxil olmayan dövlətlərin nazirlərinin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. Cari ilin iyunun 23-də isə OPEC və qeyri-OPEC ölkələri nazirlərinin IV iclasında hasilat kvotasının 100 faizlik icrası, yəni neft hasilatının sutkada 1 milyon barrel artırılması ilə bağlı razılıq əldə olunub. Azərbaycanın da dəstəklədiyi bu qərar iyulun 1-dən qüvvədədir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır