var-oktyabrda Azərbaycandan Novorossiysk limanına 1 mln. tondan çox neft nəql ol
SOCAR 2018-ci ilin yanvar-oktyabr aylarında Bakı-Novorossiysk neft kəməri ilə 1 mln. 48,11 min ton neft ixrac edib. Bu barədə Rusiya Energetika Nazirliyinin Yanacaq-Energetika Kompleksinin Mərkəzi Dispetçer İdarəsi məlumat verib. “Cari ilin yanvar-oktyabr aylarında “Transneft” şirkətinin sistemi üzrə Azərbaycandan Novorossiysk limanına 1 mln. 48,11 min ton, o cümlədən oktyabrda 79,89 min ton neft nəql olunub”, – deyə məlumatda bildirilir. 2017-ci ilin yanvar-oktyabr aylarında Bakı-Novorossiysk kəməri ilə 1 mln. 242,7 min ton Azərbaycan nefti nəql olunub. Azərbaycan 1997-ci ildən öz neftini Bakı-Novorossiysk kəməri ilə nəql edir. İnterfax
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır