Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-24,
Seanews
Heyder Eliyev

D: TANAP və TAP ən az karbon qazı emissiya edən layihələ

Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) boru kəmərləri karbon qazının (CO2) emissiyaları ən az olan layihələrdir.  Bunu Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Enerji və təbii sərvətlər üzrə direktoru Nandita Parşad “Anadolu” agentliyinə müsahibəsində bildirib. Onun sözlərinə görə, TANAP və TAP  kəmərləri Avropa İttifaqı və EBRD-nin meyarlarına uyğun dizayn edilib. N.Parşad bankın yeni  5 illik strateji plan və enerji sektorunda qlobal inkişafda TANAP və TAP-ın maliyyələşdirilməsi ilə bağlı hesabat hazırladığını diqqətə çatdırıb. O qeyd edib ki, bərpa olunan enerji mənbələrinin güclərinin sürətlə artmasının səbəbi layihələrin xərclərinin ucuzlaşmasıdır: “Tamamilə bərpa olunan enerjiyə əsaslanan dünyaya keçid üçün təbii qazın mövcudluğu önəmlidir.Təbii qaz artıq TANAP və TAP layihələri ilə daha əvvəl qaza çıxışı olmayan ölkələr üçün çox uyğun bir seçim halına gəlib. Təbii ki, bu məsələdə təbii qazın təmiz daşınması məsələsi də çox önəmlidir. TANAP və TAP Avropa İttifaqı və Avropa Yenidənqurma Bankının şərtlərinə uyğun dizayn edilib”. Maliyyə qurumunun rəsmisi xatırladıb ki, bank TANAP layihəsinin maliyyələşdirilməsinə 500 mln. dollar kredit verib və layihə digər maliyyə təşkilatları tərəfindən də maliyyələşdirilir. O, hazırda əsas diqqətin TAP olduğunu qeyd edib: “TAP ilə Yunanıstan, Albaniya və İtaliyaya təbii qaz veriləcək. Beləcə, bu ölkələrdə də yeni infrastruktura sərmayəyə ehtiyac yaranacaq. TAP layihəsi qazın revers (əks istiqamətdə) olaraq nəql edilməsi üçün də dizayn edilib”. O bildirib ki, EBRD ilin sonuna qədər TAP  layihəsinə 500 mln. avro məbləğində kredit ayrılması məsələsini yekunlaşdırmaq  niyyətindədir. Bundan başqa EBRD-nin nəzarəti altında digər maliyyə təşkilatları tərəfindən də 500 mln. avro məbləğində kredit ayrılması nəzərdə tutulur və bununla da, TAP-a ayrılan kreditin məbləği 1 mlrd. avro olacaq. Report


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır