Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

“Equinor” dünyanın ən böyük üzən külək stansiyasını işə salıb

“Equinor” Şimal dənizinin Norveç hissəsində yerləşən “Hywind Tampen” üzən külək stansiyasındakı birinci turbində enerji istehsalına başlayıb. “Gullfaks A” neft-qaz platformasına elektrik enerjisi çatdırılıb.

“Seanews.az”ın məlumatına görə, layihə “Snorre” və “Gullfaks” neft yataqlarını elektrik enerjisi ilə təmin etmək üçün nəzərdə tutulub. Cəmi bir neçə il bundan əvvəl heç kim dəniz platformalarının üzən külək stansiyalarından enerji ala biləcəyinə inanmazdı. Yaxşı ki, başladıq”, - şirkət şərh edib.

İl ərzində on bir turbindən yeddisinin istifadəyə verilməsi nəzərdə tutulur. Son dörd turbin bu payızda yığılıb. Onlar 2023-cü ildə quraşdırılacaq. Hətta cəmi yeddi turbin işlək vəziyyətdə olsa belə, “Hywind Tampen” 60 MVt gücü ilə dünyanın ən böyük üzən külək stansiyası olacaq.

“Hywind Tampen” külək təsərrüfatının iki yatağın elektrik enerjisinə olan tələbatının təxminən 35%-ni ödəyəcəyi gözlənilir.

“Hywind Tampen” sahildən 140 km məsafədə yerləşir. Turbinlər yanalma sistemi ilə üzən beton konstruksiyaya quraşdırılmışdır. Onların yerləşdiyi yerlərdə dərinlik 260-300 metrə çatır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır