Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-11-06,
Seanews
Heyder Eliyev

IMO Arsenio Dominquezin baş katib vəzifəsində ikinci müddətə fəaliyyətini dəstəkləyib

Beynəlxalq Dəniz Təşkilatının (IMO) Şurası hazırkı baş katib Arsenio Dominquezin daha dörd il müddətinə bu vəzifədə qalmasını dəstəkləyib. Onun ikinci səlahiyyət müddəti 2028-ci il yanvarın 1-dən 2031-ci il dekabrın 31-dək davam edəcək.

“Seanews.az” xəbər verir ki, qərar noyabrın 4-də təşkilatın Londondakı mənzil-qərargahında keçirilən Şuranın 138-ci sessiyasında qəbul edilib. İkinci müddətə təyinatla bağlı qərar 2027-ci ilin sonunda keçiriləcək IMO Assambleyasının təsdiqinə təqdim olunacaq.

Arsenio Dominquez 2023-cü ilin iyulunda IMO Şurası tərəfindən təşkilatın baş katibi seçilib. O, 2024-cü il yanvarın 1-dən bu vəzifənin icrasına başlayıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır