Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-11-05,
Seanews
Heyder Eliyev

11 min ton günəbaxan yağı daşıyan tanker Bolqarıstan sahillərində sürüklənir

11 min ton günəbaxan yağı daşıyan tanker yedək trosunun qırılması nəticəsində Bolqarıstan sahillərində nəzarətsiz qalıb. Gəminin təhlükəsiz yerə çatdırılması üçün Rumıniyanın Konstansa limanından başlanan əməliyyat əlverişsiz hava şəraiti səbəbindən dayandırılıb.

“Seanews.az” xarici mediaya istinadla xəbər verir ki, hadisə noyabrın 4-də baş verib: tankeri “Ramazan Bey” yedək gəmisi çəkərkən tros qırılıb. Yedək trosunu yenidən bərpa etmək mümkün olsa da, proses zamanı yedək gəmilərindən biri tankerlə toqquşub.

Saat 04:20-də fövqəladə yardım siqnalı verilib. Rumıniya liman orqanları gəmidəki yeddi heyət üzvünün xilas edilməsi üçün əməliyyata başlayıb. Kəskin hava şəraiti səbəbindən helikopterdən istifadə mümkün olmayıb. Yaxınlıqda fəaliyyət göstərən Niderland bayraqlı yedək gəmisi üç dənizçini xilas edərək Manqaliya limanına çatdırıb. Qalan dörd heyət üzvü isə təxliyədən imtina edib.

Nəticədə yedək gəmisi təhlükəsiz şəkildə lövbər dayanacağına gətirilib. Tanker isə Bolqarıstanın Şabla bölgəsi yaxınlığında sürüklənməkdə davam edir. Bolqarıstan Nəqliyyat və Rabitə Nazirliyinin məlumatına görə, gəminin sahibi ilə əlaqə saxlanılıb.

Qeyd edək ki, tanker daha əvvəl Odessa sahilləri yaxınlığında hücuma məruz qalıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır