Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-22,
Seanews
Heyder Eliyev

Lukoil” və “KazMunayGas” Xəzər dənizində birgə hasilat apar

Qazaxıstanın “KazMunayGas” milli neft-qaz şirkəti və Rusiyanın “Lukoil” şirkəti Xəzər dənizinin “Jenis” blokunda işlərin aparılmasına dair saziş imzalayıblar. “KazmMunayGas” kəşfiyyat və hasilatla bağlı müqavilənin imzalanması üçün Qazaxıstanın Energetika Nazirliyinə müraciət edəcək. Birgə fəaliyyət sazişi və “Jenis” layihəsinin maliyyələşdirilməsi ilə bağlı saziş Moskvada imzalanıb. “İmzalanmış sənədlərə əsasən, hər iki şirkət Xəzər dənizinin Qazaxıstan ərazisində yerləşən “Jenis” layihəsinin reallaşdırılması ilə bağlı şərtləri razılaşdırıblar”,- deyə məlumatda deyilir. Qeyd edək ki, “Jenis” bloku Xəzər dənizin Qazaxıstan sektorunda 75-100 metr dərinliyində yerləşir. Sahilə qədər məsafə 80 kilometr, Aktau şəhərinə qədər məsafə isə 180 kilometr təşkil edir. Ərazinin sahəsi 6,848 min kvadrat kilometr təşkil edir.  Report


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır