Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-27,
Seanews
Heyder Eliyev

“Şəfəq-Asiman”da ilk kəşfiyyat quyusunun planlaşdırılması işləri davam

“Şəfəq-Asiman” blokunda ilk kəşfiyyat quyusunun planlaşdırılması işləri davam etməkdədir. Bu barədə “BP Azerbaijan” şirkətindən məlumat verilib. Bildirilib ki, Abşeron yarımadasının dayazsulu hissəsi üzrə hasilatın pay bölgüsü sazişi ərazisindən əldə edilmiş 3 ölçülü məlumatların interpretasiyası və emalı yekunlaşdıqdan sonra ötən il SOCAR-la perspektivlik haqqında bildiriş imzalanıb. Bununla BP-nin Abşeron yarımadasının dayazsulu hissəsində 3 perspektiv ərazidə kəşfiyyat quyuları qazmaq öhdəliyi müəyyən olunub. Seçilmiş perspektiv ərazilərdə kəşfiyyat quyularının qazılması üçün planlaşdırma işləri davam edir. 2018-ci ilin aprelində “D230” blokunun birgə kəşfiyyatı və işlənməsi haqqında yeni hasilatın pay bölgüsü sazişi imzalandıqdan sonra aparılması cari ildə gözlənilən seysmik tədqiqat proqramının planlaşdırma işlərinə başlanıb. Keçən il BP şirkəti Azərbaycanda mövcud “Qobustan” hasilatın pay bölgüsü sazişində 61 faiz iştirak payı əldə edib. Bu sövdələşmənin bir hissəsi olaraq BP əməliyyatçı kimi bu il bir geoloji-kəşfiyyat quyusu qazmağı planlaşdırır. Azərtac


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır