Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-27,
Seanews
Heyder Eliyev

Caspian Drilling Company” “Qarabağ” yatağında iki quyu qaz

“Caspian Drilling Company Ltd” (CDC) və Norveçin Equinor (“Equinor Azerbaijan Karabagh BV”) şirkətləri arasında qazma əməliyyatlarının aparılmasına dair müqavilə imzalanıb. Müqaviləni CDC-nin Baş direktoru Fərid Axundov və “Equinor”un Regional Meneceri Favad Quraişi imzalayıblar. Müqavilə şərtlərinə əsasən,”Equinor”un lahiyə əməliyyatçısı olduğu və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə birgə işlənməsi nəzərdə tutulan “Qarabağ” yatağında CDC tərəfindən iki quyu qazılacaq. “Equinor” və SOCAR “Qarabağ” yatağının işlənməsi üzrə layihədə bərabər paylarla yarı-yarıya iştirak edirlər. İlk buruq “Dədə Qorqud” yarımdalma qazma qurğusunun reaktivasiyasından sonra qazılacaq. Qurğunun reaktivasiyası CDC-nin dəniz bazasında və CDC-nin mütəxəssisləri tərəfindən həyata keçiriləcək. Reaktivasiyanın yekunlaşması və qazma işlərinə başlanması üçün nəzərdə tutulan tarix 2019-cu ilin III rübüdür. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır