Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-27,
Seanews
Heyder Eliyev

AR Kulevi limanında neft terminalı vasitəsilə daşımaların həcmini açıqla

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2008-ci il mayın 16-dan bu günədək Gürcüstanın Kulevi limanında neft terminalı vasitəsilə 20,355 milyon ton neft məhsulu nəql edib. Bu barədə SOCAR-dan bildiriblər. Bundan başqa, həmin müddət ərzində 4 milyon tona yaxın xam neft nəql olunub. Qeyd edək ki, terminal vasitəsilə xam neft, mazut, dizel yanacağı, qazoyl, metanol, aviakerosin, propilen, maye piroliz qatranı, nafta, izopropil spirti, sənaye nefti və kondensatın yüklənməsi həyata keçirilir. Kulevi terminalının ümumi gücü ildə 10 milyon ton yük, o cümlədən 3 milyon ton neft, 3 milyon ton dizel yanacağı, 4 milyon ton mazut təşkil edir. Trend


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır