Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

Türkiyə limanları 14 milyon tondan çox neft məhsulları qəbul edib

2023-cü ilin yanvar-fevral ayında Türkiyə limanları 14 milyon 323 min 15 ton neft məhsulları qəbul edib.

Trend-in məlumatına görə, bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən bildirilib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili neft məhsulları qəbulu 639 min 693 ton təşkil edib.

“Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə neft məhsulları daşınması 13 milyon 683 min 322 ton olub”, - deyə nazirlikdən bildirilib.

Bununla yanaşı, 2023-cü ilin yanvar-fevral ayında Türkiyə limanlarından transit yolu ilə 8 milyon 44 min 953 ton neft məhsulları daşınıb.

Qeyd edək ki, 2023-cü ilin fevral ayında Türkiyə limanları 27 milyon 551 min 878 ton yük qəbul edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır