Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-21,
Seanews
Heyder Eliyev

Avstraliya hökuməti tarixi gəmini müsadirə edərək utilizasiyasına qərar verib

Avstraliyanın Yeni Cənubi Uels ştatının hökuməti tarixi “Cape Don” gəmisini müsadirə ediv və dərhal utilizasiya olunması barədə qərar verib. Hakimiyyət gəminin texniki vəziyyətinin pisləşdiyini, bunun ictimai təhlükəsizlik və ətraf mühit üçün risk yaratdığını bildirir.

“Seanews.az” xəbər verir ki, 1962-ci ildə tikilmiş, 74 metr uzunluğunda olan gəmi Avstraliyada mayakların və naviqasiya vasitələrinin tikintisi, təchizatı və texniki xidmətində istifadə edilib. 1990-cı ildə istismardan çıxarılan gəmi hazırda qeyri-kommersiya təşkilatı olan “Sea Heritage Foundation”a məxsusdur və 20 ildən artıqdır ki, Sidney limanında saxlanılır.

Ştatın dənizçilik qurumu gövdədə ciddi korroziya aşkarlandığını, gəminin su alması və çirklənməyə səbəb olması riskinin artdığını bildirir. Qurum gəminin batacağı və ya çevriləcəyi təqdirdə xilasetmə xərclərinin 15 milyon Avstraliya dollarına çata biləcəyini qeyd edir.

“Sea Heritage Foundation” isə müsadirə və utilizasiya qərarına etiraz edir. Təşkilat gəminin bərpasının mümkün olduğunu, müstəqil qiymətləndirmənin onun quru dokda təmirə yararlı olduğunu göstərdiyini bildirir. Fond müstəqil ekspertiza keçirilməsini və gəminin qorunması ilə utilizasiyası xərclərinin müqayisə olunmasını tələb edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır