

in sonunda “Şəfəq-Asiman” strukturunda ilk kəşfiyyat quyusunun qazma işlərinə başlanıl
“Şəfəq-Asiman” perspektiv strukturunda ilk kəşfiyyat quyusunun qazma işlərinə ilin sonunda başlanması planlaşdırılır. Bu barədə “BP-Azerbaijan” şirkətinin hesabatında qeyd edilib. “Şəfəq-Asiman blokunda ilk kəşfiyyat quyusunun planlaşdırılması işləri davam edir. Bu ilin sonlarında qazma işlərinə başlanması nəzərdə tutulur”,- məlumatda qeyd edilib. Qeyd edək ki, “Şəfəq-Asiman” bloku üzrə müqavilə 2010-cu ilin oktyabrında imzalanıb. BP və SOCAR arasında imzalanan bu müqavilə 30 ili əhatə edir. Müqavilədə şirkətlərin hər birinin payı 50%-dir. Blok Bakıdan 125 km cənub-şərqdə yerləşir. Burada qaz ehtiyatları olduğu ehtimal edilir. Report
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır