Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

Yeddi şirkət Hambantota limanı ərazisində neft emalı zavodunun tikintisi layihəsində iştirak etmək istəyir

Yeddi şirkət Şri-Lankanın Hambantota limanı ərazisində yeni neft emalı zavodunun (NEZ) tikintisi layihəsində iştirak etmək istəyir.

Limanda yanacaq təchizatı əməliyyatlarını da həyata keçirən Çinin “Sinopec” enerji şirkəti neft emalı zavodunun tikintisinə dəstək verdiyini açıqlayıb.

Yerli nəşr “Colombo Gazette” yazır ki, Nigeriyanın “Grant & Shearer Ltd.”, Çinin “Sinopec”, Malayziyanın “Petricor Capital Sbn. Bhd.”, Sinqapurun “Vitol Group”, İranın “Matin Tejarat Co.”, Şri Lankanın “Harree Management Services (Pvt.) Ltd.”, BƏƏ-nin “Marka İnvest” və Şri Lankanın “Deniyaya Engineering Sales and Service Syndicate” şirkətləri layihədə iştirak etmək üçün müraciət ediblər.

Şri Lankanın energetika naziri Kançana Vidjesekera bildirib ki, təkliflər qiymətləndiriləcək və podratçılar seçiləcək.

Qeyd olunur ki, Hambantotada neft emalı zavodunun tikilməsi limanda tədarük edilən gəmi yanacağının qiymətini aşağı salmağa kömək edəcək.

Əlavə edirik ki, Şri-Lankanın cənub sahilində yerləşən Hambantota limanı lisenziya müqaviləsi əsasında Çinə icarəyə verilib.

Seanews.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır