

Caspian Oil and Gas” və “Caspian Power” sərgilərində 290 şirkət iştirak edə
Bakı Ekspo Mərkəzində keçiriləcək 26-cı Beynəlxalq Xəzər Neft və Qaz (“Caspian Oil and Gas”), eləcə də 9-cu Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji (“Caspian Power”) sərgilərində 34 ölkədən 290 şirkət iştirak edəcək. Həmin şirkətlərin 24 faizi sərgidə ilk dəfə təmsil olunacaq. Bu barədə mayın 23-də sərgilərə həsr olunmuş mətbuat konfransında “Iteca Caspian” şirkətinin baş direktoru Fərid Məmmədov deyib. Qeyd edib ki, sərginin 29 sponsoru var və bu fakt sərgiyə olan marağın bariz nümunəsidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır