Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-01-10,
Seanews
Heyder Eliyev

AR, BP və “Uzbeknefteqaz”la birgə Aral dənizində geoloji-kəşfiyyat işləri apar

Bu gün Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), “BP Exploration (Caspian Sea)” və “Uzbekneftegaz” arasında Aral dənizindəki investisiya bloklarında geoloji-kəşfiyyat işlərinin aparılması ilə bağlı saziş imzalanıb. Sənəd Aralın Özbəkistan hissəsində, Üstyurd regionunun Samsk-Kosbulak, Bayterek investisiya bloklarında geoloji-kəşfiyyat işlərinin aparılmasını nəzərdə tutur. Kəşfiyyat tərəflərin razılaşdırılmış qrafikinə uyğun olaraq mərhələlərlə həyata keçiriləcək. Qeyd edək ki, ötən ilin may ayında “Uzbekneftegaz”, SOCAR və BP şirkətləri Özbəkistanda yataqların birgə kəşfiyyatı və işlənməsi imkanlarının öyrənilməsi üzrə qarşılıqlı anlaşma  Memorandum və “Uzbekneftegaz”ın investisiya bloklarında geoloji kəşfiyyat işlərinin aparılması imkanlarının öyrənilməsi üzrə qarşılıqlı anlaşma Memorandumu imzalayıb. Report


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır