Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-23,
Seanews
Heyder Eliyev

Yeni qaz daşıyıcılarına tələbat artmaqda davam edir

2022-ci ilin əvvəlindən yeni mayeləşdirilmiş təbii qaz (LNG) daşıyıcılarının tikintisinə 47 milyard avro sərmayə qoyulub ki, bu da yeni gəmilərin tikintisinə dünya üzrə investisiyanın 27%-ni təşkil edir.

“Seanews.az”-ın məlumatına görə, “LNG daşıyıcılarına qoyulan sərmayə, yeni konteyner gəmilərinə xərclənmiş 46 milyard avro investisiyaları geridə qoydu. Yeni qaz daşıyıcıları uğrunda yarış davam edir. Bu gəmilərə rekord investisiyalar enerji təhlükəsizliyinə, artan yük həcminə və köhnəlmiş gəmilərin dəyişdirilməsi ehtiyacına əsaslanır”.

Keçən ilin əvvəlindən tikintinin dəyərinin xeyli artmasına baxmayaraq (174 min kubmetr tutumlu qaz daşıyıcısının qiyməti 211 milyon dollardan 261 milyon dollara yüksəlib), gəmi sahibləri maraq göstərir və mövcud boş yerləri “ələ keçirirlər”.

Hazırkı sifariş kitabçası 331 qaz daşıyıcısının tikintisini nəzərdə tutur ki, bu da dünya donanmasının 51%-ni təşkil edir. Bu il ümumilikdə 7,7 milyard dollar dəyərində 30 qaz daşıyıcısının tikintisi sifariş verilib. “Seatrade Maritime izah edir: "Çox güman ki, belə sifarişlər daha çox olacaq, çünki LNG ticarəti böyüyür və yeni infrastruktur imkanları işə salınır və yükdaşıma tarifləri rekord səviyyədədir".

 “Clarkson Research”-in proqnozlarına görə, 2023-2024-cü illərdə belə sifarişlərin həcmi 4%, 2025-2027-ci illərdə isə 10%-ə qədər artacaq. "Və burada əsas artım amilləri Asiyada LNG-yə artan tələbat və təmiz enerjiyə keçid olacaq", - agentlik qeyd edir.

“Dünya LNG ticarətinin ümumi həcmi 2022-ci ildə 390 milyon tondan çox olduğu halda, 2023-cü ilə qədər 650 milyon tona çata bilər. Və bu bazarın inkişafı üçün bir neçə ssenari olsa da, görünür, enerji bazarı güclü olaraq qalacaq”, - nəşr yazır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır