Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-23,
Seanews
Heyder Eliyev

LNG gəmidən Fransanın cənubundakı “Fos Cavaou” terminalına yüklənəcək

Qətərin neft-qaz şirkəti “QatarEnergy” Fransanın “TotalEnergies” enerji şirkəti ilə Fransaya ildə 3,5 milyon tona qədər mayeləşdirilmiş təbii qazın (LNG) tədarükü üçün 27 il müddətinə iki uzunmüddətli müqavilə imzalayıb.

“Seanews.az” xəbər verir ki, mayeləşdirilmiş təbii qaz gəmidən Fransanın cənubundakı “Fos Cavaou” LNG qəbul terminalına yüklənəcək. Çatdırılmaya 2026-cı ildən başlanacaq.

Mayeləşdirilmiş təbii qaz Qətərin “North Field East” (“NFE”) və “North Field South” (“NFS”) layihələrində payı olan “QatarEnergy” və “TotalEnergies” adlı iki birgə müəssisədən gələcək. “TotalEnergies”-in onlarda payı müvafiq olaraq 6,2% və 9,4% təşkil edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır