Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-23,
Seanews
Heyder Eliyev

Malayziyada LNG tankerini üzən qaz saxlama və boşaltma sisteminə çevirirlər

Malayziyanın “MISC” şirkəti” “Pengerang LNG Two” ilə üzən mayeləşdirilmiş təbii qazın saxlanması və boşaldılması (FSU) sisteminin təchizatı, istismarı və texniki xidməti üçün məcburi müqavilələr bağlayıb.

“Seanews.az” xəbər verir ki, gəmi Cohordakı “Pengerang LNG” Reqazifikasiya Terminalında (RGTP) yerləşdiriləcək.

11 il əvvəl hər iki şirkət “Sungai Udang” (Malakka)  reqazifikasiya terminalında iki üzən sistemin yerləşdirilməsi layihəsini həyata keçirdi: “FSU Tenaga Satu” və “FSU Tenaga Empat”. Yeni razılaşma onların “MISC”-nin mayeləşdirilmiş təbii qaz (LNG) tankeri “Puteri Delima Satu”-nu üzən terminal FSU-ya çevirmək üçün birgə işləməsini nəzərdə tutur. Gəmi sahil elektrik şəbəkəsindən enerji almaq üçün təchiz olunub.

Müqavilənin şərtlərinə əsasən, üzən terminal 2025-ci ilin ikinci rübündə istifadəyə veriləcək. 20 il müddətinə nəzərdə tutulan müqavilənin qarşılıqlı razılaşma yolu ilə uzadılması mümkündür.

31 LNG tankerindən ibarət donanmanın sahibi və operatoru olan “MISC” şirkəti həmçinin altı böyük etan daşıyıcısı (VLEC) və iki üzən LNG saxlama qurğusuna (FSU) sahibdir. Donanmanın ümumi dedveyti 2 milyon tondan artıqdır. “MISC Bhd”-nin donanması 13 milyon tondan çox dedveyti olan LNG və etan, neft və neft məhsulları daşıyıcıları, üzən istehsal sistemləri (FPS), eləcə də LNG üzən saxlama qurğuları (FSU) daxil olmaqla, 100-dən çox mülkiyyətində olan və icarəyə götürülmüş gəmilərdən ibarətdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır