Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-23,
Seanews
Heyder Eliyev

“HMS” şirkəti iki LNG tankerini modernləşdirəcək

Cənubi Koreyanın gəmi xidmətləri təminatçısı “HD Hyundai Marine Solution” (“HMS”) inteqrasiya olunmuş enerji korporasiyası “Chevron”-dan mayeləşdirilmiş təbii qaz (LNG) tankerlərini təkmilləşdirmək sifarişi alıb. 

"Seanews.az" bu barədə şirkətin bəyanatına istinadən xəbər verir.

Müqavilənin şərtlərinə əsasən, açıqlanmayan qiymətə, “HMS” qaynayan qazı (BOG) yenidən mayeləşdirmək üçün öz sistemini quraşdıracaq və onu “Chevron” tərəfindən idarə olunan iki LNG tankerində yük çənlərinə qaytaracaq.

 “HD Hyundai Marine Solution”-nin ekoloji təhlükəsiz sistemi LNG həcmi itkisini və karbon qazı emissiyalarını azaldır.

Bu günə qədər “HMS” yenidən mayeləşdirmə sistemlərinin quraşdırılması üçün 100 milyon ABŞ dolları dəyərində müqavilələr imzalamışdır.2023-cü ilin iyun ayında şirkət LNG tankerlərində yenidən mayeləşdirmə sisteminin quraşdırılması üçün Norveç daşıyıcısından 50 milyon dollarlıq sifariş almışdır. Bu, Cənubi Koreya şirkəti ilə bağlanmış ilk belə müqavilədir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır