Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-23,
Seanews
Heyder Eliyev

“North Field”-in qaz yatağının genişləndirilməsi layihəsini dəstəkləmək üçün gəmilərə ehtiyac var

“QatarEnergy” mayeləşdirilmiş təbii qaz (LNG) donanmasında tankerlərin sayını 104-ə çatdıracaq.

“Seanews.az” xəbər verir ki, mayeləşdirilmiş təbii qazın nəqli üçün donanmanın genişləndirilməsi proqramının bir hissəsi olaraq, Qətərin dövlət enerji şirkəti “QatarEnergy” dörd beynəlxalq gəmi sahibi ilə 174 min kubmetr tutumlu 19 yeni müasir gəmi kirayələmək üçün uzunmüddətli çarter müqavilələri imzalayıb. Gəmilər Cənubi Koreya tərsanələrində tikiləcək.

“QatarEnergy” şirkəti “CMES LNG Carrier Investment” ilə 6 gəmi, “Shandong Marine Energy” ilə 6 gəmi və “MISC Berhad” ilə 3 gəmi üçün müqavilələr imzalayıb.

Gəmilər Cənubi Koreyanın “Samsung Heavy Industries” gəmiqayırma zavodunda tikilir. Bundan əlavə, 4 gəmi “Hanwha Ocean” tərsanəsində inşa edilir. Həmin gəmilər “Kawasaki Kisen Kaisha” (“K” Line) və “Hyundai Glovis”-in birgə müəssisə tərəfindən idarə olunacaq.

2022-ci ildə “QatarEnergy” Şimal yatağının (“North Field”, “NFE”, “NFS”).  genişləndirilməsi qaz layihəsinin gələcək ehtiyaclarını ödəmək üçün donanmasının genişləndirilməsi proqramının birinci mərhələsini tamamlayaraq 60 LNG gəmisi üçün bir neçə uzunmüddətli taym-çarter və idarəetmə müqaviləsi imzalayıb. Layihə həmçinin “QatarEnergy Trading”-in beynəlxalq LNG sifarişlərinə, o cümlədən “Golden Pass LNG” ixrac layihəsi vasitəsilə istehsal olunacaq həcmlərə xidmət etmək üçün təchizat ehtiyaclarını qarşılayacaq.

“North Field”-in Şərq və cənub yataqlarının (“NFE” və “NFS”) işlənməsi layihəsi Qətərin ixrac gücünə ildə 48 milyon ton, 2028-ci ilə qədər 126 milyon tona qədər LNG əlavə edə biləcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır