Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-21,
Seanews
Heyder Eliyev

Hindistan dünyanın ən böyük beş gəmiqayırma ölkəsindən birinə çevrilmək istəyir

Hindistan 10 il ərzində dünyanın ən böyük beş gəmiqayırma ölkəsindən biri olmağı planlaşdırır.

“Seanews.az” xəbər verir ki, bu barədə Hindistan Respublikasının Vladivostok şəhərindəki baş konsulu Siddarth Gaurav Uzaq Şərqdə keçirilən “NEVA” konqresi zamanı bildirib.

Baş konsul həmçinin bildirib ki, ölkədə liman infrastrukturunun və logistikanın inkişafı istiqamətində işlər aparılır.

Diplomat qeyd edib ki, Hindistan gəmilərin utilizasiyası sahəsində artıq dünyada ikinci yerdədir və müvafiq tullantıların ekoloji emalı üzrə dünya mərkəzinə çevrilmək niyyətindədir.

Xatırladaq ki, hazırda dünyanın əsas gəmiqayırma gücləri Çin, Cənubi Koreya, Yaponiya, İtaliya və Almaniyadır.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır