“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Müşahidə Şurasının növbəti iclası keçirilib
AZCON Holding şirkətlərindən olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) Müşahidə Şurasının növbəti iclası keçirilib.
İclasda ASCO tərəfindən hesabat dövrü üzrə həyata keçirilən layihələrin icra vəziyyəti, əməliyyat səmərəliliyi və qarşıya qoyulan hədəflərə nail olma istiqamətində görülən işlər müzakirə olunub.
Həmçinin növbəti dövr üçün əsas fəaliyyət istiqamətləri müəyyən edilib, strateji məqsədlərin həyata keçirilməsi və iş proseslərinin daha da təkmilləşdirilməsi ilə bağlı aidiyyəti üzrə tapşırıqlar verilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır



