Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-21,
Seanews
Heyder Eliyev

OPEC 2024-cü ildə qlobal neft tələbatının artacağını gözləyir

Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) hələ də bu ilin sonunda qlobal neft tələbatının gündəlik 2,2 milyon barel artaraq 104,46 milyon barelə çatacağını gözləyir.

"Report" xəbər verir ki, bu barədə təşkilatın iyul ayı hesabatında qeyd edilib.

Artıma İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzv olmayan ölkələrdə yüksək iqtisadi aktivlik, həmçinin aviadaşımalara yüksək tələbat və ilin sonuna qədər davam edəcək nəqliyyat vasitələrinin böyük mobilliyi kömək edəcək.

Bundan əlavə, hesabat müəlliflərinin fikrincə, Çin, Hindistan, Yaxın Şərq və digər Asiya ölkələrində distillələrə və nəqliyyat yanacaqlarına ehtiyac neftə tələbatı artıracaq.

OPEC 2025-ci ildə qlobal neft tələbatının gündəlik 1,8 milyon barel artacağını proqnozlaşdırır. OECD regionunda tələbin təqribən 0,1 milyon barel, OECD-yə üzv olmayan ölkələrdə isə 1,7 milyon barel artacağı gözlənilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır