Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-21,
Seanews
Heyder Eliyev

Yaşıl hidrogen ehtiyacları üçün 500-ə qədər yeni gəmi lazım olacaq

Beynəlxalq Gəmiçilik Palatası (ICS) 2050-ci ilə qədər dünya üzrə hidrogen tələbatını müəyyən edən hesabat dərc edib.

“Seanews.az” xəbər verir ki, hidrogen satışı üçün əsas bazarlar Cənubi Koreya, Yaponiya və Avropa ölkələri olacaq.

Hesabatda qeyd olunur ki, 30 milyon ton yaşıl hidrogenə olan illik tələbatı ödəmək üçün dünyada hidrogen daşıyan 411-ə qədər yeni gəmi (və ya ammonyak kimi daşındıqda 500-ə qədər gəmi) tələb olunacaq.

“2050-ci ilədək sıfır tullantıya nail olmaq üçün hidrogen əsaslı yanacaq mənbələrinə tələbat mövcud səviyyədən beş dəfə artmalı və 2030-cu ildən 2050-ci ilə qədər təxminən 500 milyon tona çatmalıdır. Gəmiçilik hidrogen iqtisadiyyatının stimullaşdırıcı inkişafında mühüm rol oynayacaq”, - deyə ICS-in baş katibi Qay Platten bildirib.

“Splash247” nəşrinə görə, hazırda dünyada yeganə maye hidrogen tankeri olan “Suiso Frontier”-də 1250 kubmetr tutumu olan yalnız bir vakuum izolyasiyalı anbar çəni var. Eyni zamanda, dünyanın bir çox şirkətləri -253 °C temperaturda daşınan yanacaq üçün daha böyük tutumlu çənlərin yaradılması üzərində işləyirlər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır