Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-11-11,
Seanews
Heyder Eliyev

Tailand sahillərində yanacaq təchizatı gəmisi batıb, 6 heyət üzvü itkin düşüb

Tailandın Sattahip sahillərində balıqçılıq gəmilərini yanacaqla təchiz edən  “Venus 14” gəmisi batıb. Hadisə nəticəsində 6 heyət üzvü itkin düşüb.

“Seanews.az” bu barədə xarici mediaya istinadla xəbər verir.

Tailand Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, hadisə noyabrın 11-də, Sattahip Hərbi Dəniz Bazasının kanal girişindən təxminən 27 dəniz mili məsafədə baş verib. Gəminin batmasının səbəbi və göyərtəsindəki yanacağın miqdarı hələlik məlum deyil.

İtkin düşənlərin axtarışına patrul gəmisi və dəniz müşahidə təyyarəsi cəlb olunub. Ərazidə mümkün yanacaq sızmasına nəzarət edilir. Ehtiyac yaranacağı təqdirdə, neft dağılmalarına qarşı mübarizə avadanlıqları ilə təchiz edilmiş gəmi və helikopter də əməliyyata cəlb ediləcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır